Bayraq meydanından bayrağın cırılması ilə bağlı açıqlama

Bayraq meydanından bayrağın cırılması ilə bağlı açıqlama
2562 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünən Kütləvi İnformasiya Vasitələrində güclü küləyin əsməsi nəticəsində Dövlət Bayrağı Meydanındakı bayrağın cırılması ilə bağlı xəbərlər yayılmışdı.

Axşam.az-ın məlumatına görə, Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin mətbuat xidməti bununla bağlı açıqlama verib.

Qeyd olunub ki, Dövlət Bayrağı küləyin sürəti saniyədə 28 metrə çatana qədər dirəkdə saxlanıla bilər. Dünənki hava proqnozunda isə küləyin sürətinin saniyədə 30-35 metrə çatacağı barədə heç bir məlumat verilməyib. Güclü külək səbəbindən, bayrağın endirilməsinə qərar verilib və 17 dəqiqə davam edən bu proses zamanı çəkisi 350 kq olan bayraq küləyin gücünə tab gətirməyərək cırılıb.

Məlumatda qeyd olunub ki, küləyin sürəti azalan kimi Dövlət Bayrağı yenidən qaldırılacaq. 

Qeyd edək ki,  hündürlüyü 162 metr olan bayraq dirəyi üçün texniki göstəricilərə görə külək heç bir təhlükə yaratmır.