Sənubər İsgəndərli: "Ən böyük arzum..."

Sənubər İsgəndərli: "Ən böyük arzum..."
2734 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Sənubər İsgəndərli ona təklif edilən film dəvətlərindən imtina etdiyini açıqlayıb.

Axşam.az-ın məlumatına görə, buna səbəb aktrisanın “Xəzər” TV-də yayımlanan “Qaynana” serialında rol almasıdır:

“Müqavilə bağlananda şərt kəsildi ki, başqa heç bir serialda rol almayacağam. Bu səbəbdən indi gələn bütün təkliflərə yox deyirəm. Seriallarımızın sayı günü-gündən artır. Başqaları kimi onları tənqid etmək fikrində deyiləm. Çünki biz rejissorlarımıza dəstək olmalıyıq”.

Sənubər İsgəndərli arzusunda olduğu obrazdan da danışıb:

“Ən böyük arzum tarixi obraz canlandırmaqdır. İstərdim ki, yaddaşlara həkk olunacaq tarixi film və yaxud serial çəkilsin”.