“Qaraca qız”ın premyerası keçirildi

“Qaraca qız”ın premyerası keçirildi
4759 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Süleyman Sani Axundov və Abdulla Şaiqin eyniadlı əsərləri əsasında hazırlanmış “Qaraca qız” tamaşasının yeni quruluş və maraqlı tərtibatda premyerası olub.

İkihissəli nağıl-tamaşanın quruluşçu rejissoru Xalq Artisti Vaqif Əsədov, quruluşçu rəssamı Qurban Məsimov, bəstəkarı Sərdar Fərəcovdur.
Tamaşada Tutu (Qaraca qız) rolunu gənc aktrisa Asya Atakişiyeva, rolları əməkdar artistlər Gülər Nəbiyeva, Seyidşah Məmmədov, aktyorlar Manaf Dadaşov, Güşvər Şərifova, Simuzər Atakişiyeva, Kərəm Hadızadə, Hüsniyyə Əhmədova, Roza İbadova, Elşən Hacıbabayev, Zümrüd Quliyeva, İlqarə Tosova, Nuriyyə Əliyeva və başqaları oynayıblar.

Balaca Tutu zəlzələdə valideynlərini itirir və övladı olmayan bir qaraçı ailəsi onu himayəsinə götürür. Lakin atalığı Oruc Tutu ilə yaxşı davranmır. Onu rəqs edib pul toplamağa məcbur edir. Orucdan can qurtarmaq üçün qaraçı dəstəsindən qaçan məsum qızı meşədə ovçular tapır. Bəyin ailəsinə gətirilən Tutu onun qızı Ağca ilə dostlaşır. Bağban Piri babanın yanında yaşayan qızcığaz ilan vurmuş Ağcanı xilas edərkən özü zəhərlənir və dünyasını dəyişir.

Gözəl səhnə və musiqi tərtibatı ilə hazırlanmış tamaşa əksəriyyəti məktəblilər olan tamaşaçılar tərəfindən maraqla izlənilib.

AzərTAc