"Şaban"ın ölümündən 14 il keçir

"Şaban"ın ölümündən 14 il keçir
1781 dəfə oxunub
  • A-
  • A
  • A+
Bü gün Türkiyənin məşhur komediya ustası Kamal Sunalın ölümündən 14 il keçir.

Axşam.az-ın məlumatına görə, türk kinosunun tanınmış siması, daha çox "Şaban" obrazı ilə tanınan aktyor oynadığı rollarla indi də tamaşaçıların qəlbində yaşayır. Çəkildiyi filmlərdə, adətən saf, təmizürəkli obrazları canlandıran K.Sunal ümumilikdə 82 ekran işində iştirak edib. Kino karyerasına "Şirin dilim" (1972) filmindəki köməkçi rolu ilə başlayan aktyor iki il sonra "Salako"da əsas qəhrəman kimi izləyicilərin qarşısına çıxıb. Sonuncu filmi isə "Propoqanda" (1999) olub.

Qeyd edək ki, 2000-ci ildə "Balalayka" filmində baş rola çəkilmək üçün Trabzona yollanan gülüş ustası təyyarədə infarkt keçirərək dünyasını dəyişib. Kamal Sunal fobiyası olduğundan, həmin ilə qədər heç vaxt təyyarəyə minməmişdi və bu uçuşa da çətinliklə razı salınmışdı.  

Aktyor 56 yaşında vəfat edib, Əli və Ezo adlı iki övladı var.