Bakıda məşhur türk filmi izdiham yaşatdı (Foto)

Bakıda məşhur türk filmi izdiham yaşatdı (Foto)
7440 dəfə oxunub
  • A-
  • A
  • A+
Ötən gün “Nizami” kinoteatrında Bakı premyerası baş tutan Türkiyənin məşhur “Evim sensin” filmi paytaxt sakinləri tərəfindən böyük maraqla qarşılanıb.

Axşam.az-ın məlumatına görə, filmin Azərbaycanda çox sevilməsi bilet satışı zamanı izdihamın yaranmasına səbəb olub.

Minlərlə insan səbirsizliklə gözlədikləri filmi izləmək üçün növbəyə düzülüb.

Qeyd edək ki, filmin rejissoru və baş rol ifaçısı olan müğənni Özcan Dəniz keçmiş sevgilisi Fahriyə Evcenle birlikdə maraqlı obraz yaradıb.