Rejissor həmkarlarına söz atdı: “Siz məndən zəifsiniz”

Rejissor həmkarlarına söz atdı: “Siz məndən zəifsiniz”
1614 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir neçə gün öncə eyni vaxtda iki nominasiya üzrə  mükafata layiq görülən rejissor Zöhrab Ağayev həmkarları haqqında sərt danışıb.

O, Axşam.az saytına açıqlamasında son vaxtlar meydanda tək qaldığını deyib:

“Bu gün məndən başqa gündəmdə rejissor yoxdur. Hər bir tədbirdə ancaq mənim ideyalarım səslənir. Elə bu bacarığıma görə də, hər zaman mükafatlandırılıram. İndiyədək ən maraqlı ideyaların, yeniliklərin sahibi özüm olmuşam. Azərbaycanda ilk dəfə qırmızı xalça ideyasını mən irəli sürmüşəm. Hətta mənim Natavan üçün çəkdiyim klip İstanbuldakı festivalda birinci yerə layiq görüldü. Bu səbəbdən bütün rejissorlara demək istəyirəm ki, qəbul edin, siz məndən zəifsiniz”.