İlhamə Qasımova: “Sənətə ara verib, ana olmaq istəyirəm”

İlhamə Qasımova: “Sənətə ara verib, ana olmaq istəyirəm”
5316 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni İlhamə Qasımovanın  Axşam.az saytına müsahibəsi

- Son zamanlar sorağın tez-tez Almaniyadan gəlir. Yaradıcılıq həyatında nə kimi yeniliklər var?

- Köhnə mahnıları yeni aranjimanda, yeni nəfəsdə çıxarmaq istəyirəm. Bu işləri Almaniyadakı  aranjimançıya həvalə edəcəyəm. Özümə də maraqlıdır görəsən, əcnəbilərin milli mahnımıza ediləcək aranjimanı necə alınacaq?! Birdə xaricdə bahalı klip çəkdirmək istəyən müğənnilərə ismarıc göndərmək istəyirəm: əgər səviyyəli klip çəkdirmək arzusundasınızsa, lazımi sərmayəni yatırmağa hazırsınızsa, mən sizin üçün bu imkanı yarada bilərəm. Dünyanın ən məşhur müğənniləri ilə işləyən Oliver Timmerlə işbirliyi üçün onlara imkan yarada bilərəm. Mənim Almaniyadakı klipimi də o rejissor çəkmişdi.

- Eşitdiyimizə görə, bu klip sənə 100 min avroya başa gəlmişdi...

- Orada belə bir qanun var. Klipi səviyyəli çəkməlisən ki, sonradan onu sata biləsən. Mənim prodüsserim klip xətrinə klip çəkmir. Gərək onun gözəl ideyası olsun ki, çəksin. Klipin bahalı olması onu Avropada yayımlamaq üçün mühüm amildir. Orada təkcə operator və rejissor xərci 50 min avrodur. Əgər klipdə əlavə modellər, rəqqaslar oynatmaq istəyirsənsə, onda əlavə məsrəf etməlisən. 

- Bəs, bu yaxınlarda yeni klip çəkdirməyi düşünmürsən?

- Belə bir planım var. “Besame mucho” adlı mahnını ekranlaşdırmaq istəyirik. Yəqin ki, bu klipə də 80 min avroya qədər pul ödəniləcək. Bir də yeni bir mahnı üzərində işləyirəm.

- Sənin yerli rejissorları bəyənmədiyin deyilir...


- Mən xaricdə Hollivud üçün işləyən qrupla çalışdım. Klip çəkilişlərində rejisor, operator müğənninin  hər halına fikir verir: kök düşdün, hansı formada daha yaxşı görünürsən, kameraya necə baxırsan. Bizim rejissorlarla heç işləməmişəm. Çünki əcnəbilərlə özümü daha rahat hiss edirəm. Burada oynamağa çəkinirsən ki, bu saat söz edəcəklər. Orda isə sənə yaradıcı obyekt kimi baxırlar.

- Almaniya şirkətilə müqaviləni uzatmağı düşünmürsən?


- Müqavilədə göstərilən bütün işləri tamamlamışıq. Bir az yaradıcılıq işlərinə ara verib, ailəmə vaxt ayırmaq istəyirəm. Şəxsi həyatımda hər şey çox gözəl davam edir. Buna görə də işlə bağlı layihələrə ara verib, analıq məzuniyyətinə çıxmağı düşünürəm. 2013-cü ildə mütləq ana olacağam.