“Bakılı oğlanlar”ın kapitanı haqqında kitab - foto

“Bakılı oğlanlar”ın kapitanı haqqında kitab - foto
1460 dəfə oxunub
  • A-
  • A
  • A+

Üç il bundan əvvəl vaxtsız dünyasını dəyişmiş Anar Məmmədxanovun “Şərq-Qərb” nəşriyyat evi tərəfindən çapa hazırlanan yeni kitabı “Özün kimi olmaq” adlanır.


Axşam.az “AzərTAc”-a istinadən xəbər verir ki, müəllifin anadan olduğu gündə-iyulun 20-də işıq üzü görəcək bu dəyərli kitaba A.Məmmədxanovun məqalə, esse, şərh və açıq məktubları toplanıb.
Bu layihənin rəhbəri və təşəbbüskarı onun həyat yoldaşı İradə Məmmədxanova, tərtibçisi isə bacısı Nahidə Məmmədxanovadır.


Kitaba yazılmış “Ön söz”ün müəllifi və redaktoru Əməkdar Jurnalist, Milli Məclisin deputatı Elmira Axundova, naşiri isə “Şərq-Qərb” nəşriyyat evinin direktoru Rasim Müzəffərlidir.
Əfsanəvi “Bakılı oğlanlar” komandasının kapitanı, Milli Məclisinin deputatı, Qafqazın ən məşhur xəbər saytlardan birinin rəhbəri Anar Məmmədxanov bir çox esse və publisistik məqalələrin, eyni zamanda oxucuların qəlbini fəth edən məşhur, “Anardan yumoristik hekayələri”n müəllifi kimi tanınır. A.Məmmədxanovun qələminin məhsulu olan, incə yumorla müşayiət olunan və ya əksinə, kəskin tənqidi ruhda yazılmış məqalələr müəllifin doğma Vətəninə, xalqına və ölkəsinə olan sonsuz sevgi və dərin məhəbbətinin, inamının, xalqı ilə duyduğu qürur hissinin bariz nümunəsidir.


“Özün kimi olmaq” kitabı, demək olar ki, Anar Məmmədxanovun ictimai həyatının icmalıdır. Burada təqdim edilən bütün yazılarda onun şəxsiyyətinin çoxşaxəli cəhətləri, istedadı, enerjisi, bacarığı, analitik təfəkkürü və digər müsbət keyfiyyətləri özünü göstərir.


Kitabı “Kitab klubu” və “Kitab evim” mağazalarından əldə etmək mümkündür.
Cari ilin payızda Anar Məmmədxanovun müsahibələrindən ibarət ikinci kitabının da çap edilməsi gözlənilir.