Tanınmış xanım yazıçı “Ulduza Toxun”da (Video)

Tanınmış xanım yazıçı “Ulduza Toxun”da (Video)
2100 dəfə oxunub
  • A-
  • A
  • A+

"Ulduza Toxun" layihəsinin Beynəlxalq Qadınlar Gününə həsr olunmuş 21-ci buraxılışında qonaq tanınmış yazıçı Günel Anarqızı olub.

Axşam.az-ın məlumatına görə, Günel Anarqızı “Facebook” və “Twitter” sosial şəbəkələri vasitəsilə istifadəçilər tərəfindən verilən 10 ən maraqlı suala cavab verib.

O, suallara cavab zamanı gənc yazarlara daha çox mütaliə etməyi, hər zaman çalışmağı məsləhət görüb. Yazıçının sözlərinə görə, maraqlı bir əsər yaratmaq üçün həyat sınaqlarından keçmək önəmli deyil, əsas olan yazarın istedadı və səmimiyyəti qoruyaraq yazmağıdır.
 
Bayram buraxılışında tanınmış yazıçı bütün xanımları təbrik edib, onlara ailə səadəti və xoşbəxtlik arzulayıb.