"Oskar"a namizəd türk filmi bəlli oldu

"Oskar"a namizəd türk filmi bəlli oldu
1776 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyənin mədəniyyət və turizm naziri Ömər Çəlik 87-ci "Oskar" Mükafatlandırma Mərasimində ölkəni rejissor Nuri Bilgə Ceylanın "Qış yuxusu" filminin təmsil edəcəyini bildirib.

 Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, həmin ekran işi Kann Kino Festivalında "Qızıl Palma" mükafatına layiq görülüb. Nazir N.B.Ceylana uğurlar arzulayıb:
 
"Beynəlxalq arenada böyük müvəffəqiyyətlər əldə edən Nuri Bilgə Ceylanın həmin qələbəni "Oskar" yolunda da təkrarlayacağına ümid edir və ona uğurlar arzulayıram".