"Brillianta "Facebook"u öyrətməyimə peşmanam"

"Brillianta "Facebook"u öyrətməyimə peşmanam"
1515 dəfə oxunub
  • A-
  • A
  • A+

Brilliant Dadaşovanın Türkiyənin “TMB” telekanalında yayımlanan “Brilliantla Pırlantalı gecələr” verilişinin buhəftəki qonaqları balabançı Əlixan Səmədov və müğənni Zamiq idi.

Axşam.az-ın məlumatına görə, veriliş zamanı “Facebook”dakı virtual dostlarının ismarıclarını oxuyan xalq artistiylə Əlixan Səmədov zarafat edib.

O, Brilliant Dadaşovaya xitabən “çox peşmanam ki, “Facebook”dan istifadə etməyi sənə öyrətdim. İstəyirdim ki, sosial şəbəkədən istifadə edəsən, amma orada bu qədər çox olacağını düşünmürdüm” deyib.

Qeyd edək ki, Brilliant Dadaşova martın 21-də Gəncədə, 23-də isə İstanbulda konsert verəcək.