Ramal Elzanın mahnısını mənimsədi (Video)

Ramal Elzanın mahnısını mənimsədi (Video)
1964 dəfə oxunub
  • A-
  • A
  • A+
Səxavət Nurun Araz FM-dəki “İmza mən” verilişinə qonaq olan əməkdar artist Elza Seyidcahan Ramala bərk əsəbiləşib.

Axşam.az-ın məlumatına görə, “Youtube”də müğənninin “Anlamıyorlar” bəstəsinin müəllifi kimi Ramalın göstərilməsi Elzanı özündən çıxarıb:

“Bunların hamısı Ramalın işidir. “Anlamıyorlar” mahnısının sözləri millət vəkili Qənirə Paşayevaya, musiqisi isə mənə aiddir. “Youtube”də isə Ramalın ifa etdiyi versiyada musiqi müəllifi kimi onun adı yazılıb. Buradan ona deyirəm ki, girib bəstəkarın adını dəyişsin”.