“Əli Mirəliyev kimi atam olsaydı, özümü asardım”

“Əli Mirəliyev kimi atam olsaydı, özümü asardım”
1523 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Əli Mirəliyev bayram çəkilişlərinə dəvət edilmədiyi üçün telekanallardan inciyib.

Axşam.az-ın məlumatına görə, sənətçi “Mən onlara yalnız qalmaqal üçün lazımam” deyərək şikayət edib:

“Bütün telekanallar bayram konserti hazırladı. Kimi axtarsan – oxuyan da, oxumayan da o, tədbirlərdə idi. Ancaq o verilişlərin biri məni yada salmadı”.

Əli Mirəliyevin bu sözlərinə isə prodüser Tolik sərt cavab verib:

“Bu insan anlamır ki, Əli Mirəliyev yalnız arada çıxıb, klounluq etmək üçün lazımdır. Mənim belə atam olsaydı, özümü asardım. Hələ indi anlayır ki, bunun oxumağı heç kimə lazım deyil. Bu yalnız klounluğa lazımdır. Guya bunun sənətdən başı çıxır”.