Günay Musayeva Türkiyənin ən gözəl uşağını seçdi

Günay Musayeva Türkiyənin ən gözəl uşağını seçdi
2997 dəfə oxunub
  • A-
  • A
  • A+
Model Günay Musayeva Ankara şəhərində keçirilən “Best Model Çoçuk Türkiye” müsabiqəsinin münsiflər heyətində yer alıb.

 Axşam.az-ın məlumatına görə, model birinciliyə namizəd seçməkdə çətinlik çəkdiyini deyib:

“Favoritlərimi seçdim, amma uşaqların hamısı bir-birindən gözəl idi. Ona görə də bu kürsüdə oturmaq mənə çətin gəldi. Balacaların “Günay abla” deyə müraciət etmələri isə çox xoşuma gəldi. Uşaqları sevirəm. Hansı körpəni görsəm, oğlum yadıma düşür və darıxmağa başlayıram. Allah hər kəsə övlad sahibi olmağı nəsib etsin”.

Qeyd edək ki, münsiflər heyətində “Best Model”in təşkilatçısı Erkan Özerman, “Best Model Türkiye” yarışmasının koordinatoru Ataberk Oral və “Best Model of Türkiyə 2011”in ikincisi Berna Batur da yer alıb.

Müsabiqənin qalibləri isə qızlardan Elif Su, Beril Sunu, oğlanlardan isə Furkan Tugay Yaşat və Mert Şendemirci olub.