İlhamə Quliyevanın mətbuat katibi: "Həyatım təhlükə qarşısındadır"

İlhamə Quliyevanın mətbuat katibi: "Həyatım təhlükə qarşısındadır"
2701 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti İlhamə Quliyevanın mətbuat katibi Faiq Ələkbərov təhdid edildiyini bildirib.

Axşam.az-ın məlumatına görə, Faiq son vaxtlar gündəmdən düşməyən qalmaqalla bağlı KİV-ə verdiyi açıqlamanın ardından xoşagəlməz halla qarşılaşıb:

“Xalq artisti İlhamə Quliyeva və Nazpəri Dostəliyeva arasındakı söz-söhbətlə bağlı KİV-ə verdiyim açıqlamadan sonra həmin müğənninin köməkçisi Mikayıl Hüseynov martın 23-də, saat 15:28-də mobil telefonuma mesaj göndərərək məni hədələmişdir. Hazırda mənim həyatım təhlükə qarşısındadır. Hüquq-mühafizə orqanlarına həyatımın təhlükəsizliyini təmin etmək üçün müraciət ünvanlayacam.  Onu da deyim ki, yaxın vaxt ərzində yazılı ərizəmi hüquq mühafizə orqanlarına təqdim edəcəm”.