Nazpərinin prodüseri təhdid mesajından danışdı

Nazpərinin prodüseri təhdid mesajından danışdı
1091 dəfə oxunub
  • A-
  • A
  • A+

Primadonna İlhamə Quliyevanın mətbuat katibi Faiq Ələkbərovun xalq artisti Nazpəri Dostəliyevanın prodüseri tərəfindən təhdid olunması barədə açıqlamasına qarşı tərəfdən cavab gəlib.

Müğənninin köməkçisi Mikayıl Hüseynov Axşam.az saytının əməkdaşıyla söhbətində bu xəbəri yalanlayıb:

“Faiqdən belə bir şey heç gözləmirdim. Bu xəbəri oxudum və güldüm. Mən tərəfdən Faiqə təhdidedici ismarıc göndərilməyib. Hazırda başım toyuma qarışıb. Bu hadisələrin içində olsam da, çox qarışmamağa çalışıram. Hər şeyi zamana buraxıram”.

Zəhra Əhmədova