On beş kiloqram arıqlayıb tanınmaz hala düşdü (Fotolar)

On beş kiloqram arıqlayıb tanınmaz hala düşdü (Fotolar)
12415 dəfə oxunub
  • A-
  • A
  • A+

Gənc müğənni Sevinc Musayeva yeni görkəmi ilə hər kəsi təəccübləndirib.

Axşam.az-ın məlumatına görə, hədsiz dərəcədə arıqlayan sənətçi xeyli dəyişib. O, düz 15 kiloqram atdığını deyib:

“Əvvəl 70 kiloqram idim. Ciddi pərhiz saxlayıb, 55 kiloqrama qədər arıqladım. Görənlər bu halımı bəyənmir. Amma kökəlmək niyyətində deyiləm. İllərdir arzusunda olduğum çəkiyə nəhayət ki, çatdım”.

Müğənni bildirib ki,  klip çəkilişləri üçün yaxın günlərdə İstanbula yola düşəcək:

“Prodüserim söz vermişdi ki, klip çəkilişlərinə arıqladıqdan sonra başlayacağıq. İlk klipi “İstanbulda liman” mahnısına çəkəcəm. Bunun üçün Türkiyəyə gedəcəm. İkinci klipi isə hələ ki, heç yerdə səslənməyən “Sən o deyilsən” adlı lirik bəstəyə çəkməyi düşünürəm”.

Zəhra Əhmədova