Azərbaycan rəssamları beynəlxalq festivalda – fotolar

Azərbaycan rəssamları beynəlxalq festivalda – fotolar
2431 dəfə oxunub
  • A-
  • A
  • A+
Sentyabrın 17-21-də Lissabonda “VERA” Beynəlxalq Təsviri İncəsənət Festivalı keçiriləcək.

Axşam.az-ın məlumatına görə, festivalda Rusiya, Özbəkistan, Çin, Portuqaliya, Fransa, Litva, Belarus, Avstrya, Anqola, Brazilya, Rumıniya və Azərbaycandan olan rəssamların əsərləri sərgilənəcək. Dünyanın aparıcı sənətkarlarının iştirak edəcəyi tədbirdə Tahir Salahov, Sakit Məmmədov, Rafiq Əzizov kimi Azərbaycan rəssamlarının əl işləri nümayiş olunacaq. Ölkəmizi, həmçinin, gənc rəssam Emil Əziz də təmsil edəcək. Onun 6 əsəri sərgilənəcək. “Dancer”, “Blood Diamonds”, “Undressing Sky”, “Keeping Beauty”, “Vennus in Time” kimi rəsmlərini sərgiyə təqdim edən Emil atası Rafiq Əzizovla birlikdə “Gallery Aziz Art” guşəsində işlərini nümayiş etdirəcək. 2004-cü ildən etibarən təşkil olunan və dünyanın önəmli mədəniyyət hadisələrindən sayılan “VERA” festivalı bu il də ən maraqlı sənət əsərlərini mükafatsız qoymayacaq. Gənc rəssamın hədəfi də ən yaxşı mükafatı qazanmaqdır.