Payızda hansı ayaqqabılar dəbdə olacaq?

Payızda hansı ayaqqabılar dəbdə olacaq?
8528 dəfə oxunub
  • A-
  • A
  • A+
Bildiyimiz kimi, ayaqqabı qadın geyiminin ən önəmli elementlərindən biridir. Ayaqqabının gözəl və keyfiyyətli olması kifayət deyil. O həm də rahat olmalıdır. Müasir dövrdə gözəl və dəbə uyğun ayaqqabı modellərinin sayı gündən-günə artır.

Axşam.az xarici mətbuata istinadən, payız-qış fəslinin ən dəbdəbəli modellərini təqdim edir.

Geniş daban - Yeni mövsümdə rahat ayaqqabılar dəbdədir. Olduqca geniş və gözəgörünməz dabanlı olanlara üstünlük verilir.

Detallı ayaqqabılar - Bu payız, həmçinin, xəz, kəmər kimi aksesuarlarla bəzədilmiş müxtəlif bağlı ayaqqabılar dəbdədir. Həmin aksesuar ayaqqabı ilə eyni rəng çaları ilə yanaşı, fərqli rəngdə də ola bilər.

Düz daban və platform - Dəbdən düşməyən platform dabanlar bu mövsüm yenə diqqət çəkir. Lakin bu il platformlu modellər həmişəkindən daha sadə dizayn olunub. Müxtəlif modellər öz əlvan rəngləri ilə seçilir.

Corab-çəkmələr - Keçən il maraq yaradan corab-çəkmələr bu il də öz aktuallığını qoruyub saxlayır. Builki uzun çəkmə modelləri yalnız dəridən deyil, həmçinin xəzdən hazırlanıb.

Botilyon - Hündür botilyonlar bu mövsümdə də dəbdədir. Gündəlik həyat üçün çox rahat olmaqla yanaşı, həm də gözəlliyinə görə çox məşhurdur. Xüsusilə ətək və yaxud don geyinən xanımlar botilyonlara üstünlük verir.

Dəbdəbəli hündürdabanlar - Daha çox payız üçün nəzərdə tutulmuş hündürdaban ayaqqabılar hər zaman trend olaraq qalır. İstər iş günü, istər axşam ziyafətləri üçün hündürdaban ayaqqabılar mükəmməl seçimdir.

Kişisayağı ayaqqabılar - Bir çox dizayner kişi geyim tərzini qadın kolleksiyalarına gətirməyi sevir. Bu il də kişi çəkmələrindən təsirlənərək hazırlanan kobud və iri ayaqqabılar dəbdədir.