Muradın ad günüdür - fotolar

Muradın ad günüdür - fotolar
1769 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gün aparıcı, bəstəkar Murad Arifin 33 yaşı tamam olur.

Təəssüratlarını Axşam.az-ın əməkdaşı ilə bölüşən M.Arif bu gün iş başında olacağını bildirib:
 
"Toy mərasimlərindən birində aparıcılıq edəcəyəm. Ad günümü sabah qeyd etməyi düşünürəm. Böyük məclisləri sevmirəm. Doğum günümü həyat yoldaşım, bacılarım və yaxınlarımla birlikdə restoranların birində keçirəcəyəm”.

Bəstəkarın sözlərinə görə, ilk təbriki xanımından alıb:

“Mənə maraqlı foto-kollaj hazırlamışdı. Daha sonra oğlum təbrik etdi. Həyatda hər zaman mənəvi amillərə üstünlük vermişəm. Ona görə də, xüsusi arzuladığım hədiyyə yoxdur. Ürəyim istəyəni qazanıb ala bilirəm. Tək istəyim yaxınlarımın sağlamlığıdır".