Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?
2128 dəfə oxunub
  • A-
  • A
  • A+
Sentyabrın 28-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı, gecə saatlarında Abşeron yarımadasının bəzi ərazilərində intensivləşəcəyi ehtimal olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axşam.az-a verilən məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 17-19, gündüz 20-24 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 762 mm civə sütunundan 756 mm civə sütununa düşəcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.
 
Azərbaycanın rayonlarında sentyabrın 28-də gecə və axşam saatlarında əsasən dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı proqnozlaşdırılır. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 13-18, gündüz 23-28, dağlarda gecə 4-9, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.