“Mənə elə ləkə yaxdılar ki...”

“Mənə elə ləkə yaxdılar ki...”
2880 dəfə oxunub
  • A-
  • A
  • A+
Prodüser Təranə Səmədova “Günəbaxan” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, o, proqramda müzakirə edilən qalmaqal mövzusuna münasibət bildirərək, bir vaxtlar çalışdığı müğənni Rəqsanə İsmayılova ilə aralarındakı narazılıqdan danışıb:

“Müğənnilərin ailə mövzusunu gündəmə gətirməyi acınacaqlıdır. Sənətçi yeni mahnısı, yaradıcılığı ilə tanınmalıdır. Rəqsanə ilə qalmaqal mənə heç nə qazandırmadı. Mənim məsələm belə oldu: oğru elə bağırdı ki, doğrunun bağrı çatladı. Mənə elə ləkə yaxdılar ki, özümü təmizə çıxarmağım böyük vaxt tələb etdi. Bu qalmaqal mənə neqativ təsir bağışladı”.