Tünzalə Ağayevaya "yox" dediyinə görə peşman olub

Tünzalə Ağayevaya "yox" dediyinə görə peşman olub
1554 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Samir Cavadzadə “Onlar” verilişində onu tənbəl adlandıranlara cavab verib.

Axşam.az-ın məlumatına görə, sənətçi deyib ki, o sözü deyən insanları ətrafından uzaqlaşdırıb:

“Yaxşı dost öz dostu haqda “tənbəl” ifadəsini işlətməz. Toya, pula görə səhnəyə gəlməmişəm. O sözü deyən adamlar artıq ətrafımda yoxdur. Mahnım az olsa da, indiyə kimi yaşayır. Çox bəstəkar mənə mahnı göndərir, amma bəyənmirəm. Görəsən, onlar indiyədək mənim nə oxuduğumu dinləməyiblər? Xeyli duet təklifi alıram. Yalnız Tünzalə Ağayeva ilə “Sənsiz” bəstəsini duet oxumağı qəbul etmədiyimə görə peşmanam”.

Şəxsi həyatından danışan S.Cavadzadənin sözlərinə görə, qısqanclığı sevmir:

“Qısqanc deyiləm. Məni isə çox qısqanırlar. Bunu xoşlamıram. Şəxsi həyatımda daha ciddi və tərsəm”.