“Bu şəhərdə” teatrının aktyorları Coşqun Rəhimov və Rəfael İsgəndərov Rusiyaya qastrol səfərinə hazırlaşır.
Axşam.az-ın məlumatına görə, “ATV” telekanalında yayımlanan “Gün keçir” verilişinə qonaq olan Rafael Moskvada və Sankt-Peterburqda konsert verəcəklərini bildirib:
“Aprel ayının 4-də Sankt-Peterburqda olacağıq. Ardından isə Moskvaya yola düşəcəyik. Burada əvvəlcə bir gün konsert verməyi planlaşdırmışdıq. Amma biletlər tez satıldı və bizdən proqramı bir gün də artırmağımızı istədilər. Beləcə, Moskvada ikigünlük konsertimiz olacaq”.
Aktyor həmçinin bildirib ki, bu yaxınlarda yeni filmin çəkilişlərinə başlayacaqlar:
“Uzun müddətdir ki, film çəkməyi planlaşdırırıq. Amma işlərimizin çoxluğundan yubanır. Nəhayət, bu yay çəkilişə başlayacağıq. Film “Bu şəhərdə” adlanacaq”.