“Taksidə oturub hönkür-hönkür ağladım”

“Taksidə oturub hönkür-hönkür ağladım”
2632 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Gülüstan Əliyeva “Solo” verilişinin qonağı olub.
 
Axşam.az-ın məlumatına görə, xanəndə yaradıcılığının ilk illərində ona qarşı edilən haqsızlıqlardan danışıb:
 
“Səhnəyə yenicə çıxan vaxtlarım idi. Muğam Teatrında işləyirdim. Eyni zamanda Heydər Əliyev Sarayında xalq şairi Səməd Vurğunun yubileyi ilə əlaqədar konsert keçiriləcəkdi və buna görə məşqlərə gedirdim. Düz 12 gün hazırlaşdım. Ancaq konsert olan gün mənə zəng vurub dedilər ki, sən oxumayacaqsan, başqası səhnəyə çıxacaq.

Sonra araşdırıb bunda kimin əlinin olduğunu öyrəndim. Amma həmin məşqlər məni işimdən etdi, mənəvi zərbə aldım. Taksidə oturub hönkür-hönkür ağladım. Bu haqsızlığa görə bir həftə özümə gələ bilmədim. Sonralar da belə şeylər oldu, lakin daha bu cür reaksiya göstərmirəm. Bunları təbii qəbul edirəm”.