Fərid Məmmədov “Eurovision-2013” gecəsində çıxış edəcək

Fərid Məmmədov “Eurovision-2013” gecəsində çıxış edəcək
1380 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu ilin mayında İsveçin Malmö şəhərində keçiriləcək “Eurovision-2013” mahnı müsabiqəsi ərəfəsində ənənəvi olaraq Avropanın şəhərlərində gecələr təşkil edilir.

Belə gecələrdən biri aprelin 7-də Afinadakı “Noiz” klubunda təşkil olunacaq. Gecədə Azərbaycan, Belarus və Yunanıstanın bu mahnı yarışmasındakı təmsilçiləri çıxış edəcəklər.

Aprelin 13-də Amsterdamda, ayın 23-də isə Londonda “Eurovision” gecələri təşkil olunacaq.

AzərTac