Könüldən etiraf: “Dəbdən anlamıram, qızımdan soruşuram”

Könüldən etiraf: “Dəbdən anlamıram, qızımdan soruşuram”
4313 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Könül Kərimova dəbdən, geyim tərzindən danışıb.

Axşam.az-ın məlumatına görə, “Hər şey daxil” verilişinin qonağı olan ifaçı dəbdən anlamadığını etiraf edib:

“Bilirəm ki, dəb lazımdır, amma mən yaraşana üstünlük verirəm. Məni məcbur etsələr də, yaraşmayan nəyisə geyinmərəm. Etiraf edim ki, dəbdən anlamıram, qızımdan soruşuram. Hər şeyi qaydasında edənlərdən, operativ deyiləm. Dəblə ayaqlaşmaq mənlik deyil. Amma buna görə özümü qınayıram. İnsan geyimini biləndə özünü təqdim etməyi bacarır. İndiki nəsil bu sahədə çox istedadlıdır. Mənim qızım da belə məsələlərdə bacarıqlıdır. Nə olsun məndən balacadır, onunla məsləhətləşirəm. Qızım geyimlərimdə mənə kömək edir”.