Kişilər üçün məsləhət

Kişilər üçün məsləhət
1971 dəfə oxunub
  • A-
  • A
  • A+

Xanımlar qədər kişilər də görünüşlərinə diqqət edirlər. Hər bir kişi ona yaraşan saç düzümü, tərz arzulayır.

Axşam.az xarici mətbuata istinadən kişilərə bəzi məsləhətlər təqdim edir:

Kişilər istədikləri saç modellərini kəsdirməkdənsə, özlərinə yaraşan stili seçsələr yaxşı olar. Buna görə də ustanın fikirlərini öyrənmək lazımdır.
Saç kəsimlərində kişinin geyim stilinə, üz cizgilərinə diqqət edildiyi qədər, saçın çıxma tərzinə də nəzər yetirilməlidir. Elə kişilər var ki, onlarda  saçlar bəzi yerlərdə seyrək, bəzi yerdə isə gur olur. Belələrinə dağınıq saç modellərindən istifadə etmək məsləhət görülür.

Arıq kişilər
Arıq kişilərə məsləhət görülür ki, saçlarını kəsdirərkən yan hissələrdən çox götürtməsinlər, kəkil hissəni isə yuxarı daramamaq məsləhətdir. Bu, sifəti daha arıq və uzunsov göstərir.

Bir az kök kişilərə isə orta və qısa saç dəbləri yaraşır. Kök kişilərdə saçlar üzə daha çox tökülməlidir. Bu, üzü arıq göstərir. 

Bəzi salonlarda insanın şəklini kompüterə salıb, ona yaraşan saç dəbini seçirlər. Bu, düzgün deyil. Kompüter həmin insanın geyim stilini nəzərə almır.

Saç tökülməsi
Kişilərin ən çox əziyyət çəkdiyi problemlərdə biri saç tökülmələridir. Saç tökülmələrinə səbəb vitamin C və kalsium azlığıdır. Əgər kişilərdə saç tökülməsi mövcuddursa, bu vitaminləri qəbul etmələri məsləhətdir.

Jeledən düzgün istifadə edilməməsi də saç tökülməsinə səbəb olur.

Məsləhətdir ki, jele, gel və ya muslardan qaydasında istifadə edəsiniz. Bu vasitələrin saçda 7-8 saatdan çox saxlanması düzgün deyil. Jelenin tərkibində olan jelatin maddəsi saç kökünü zəiflədir,  tökülməsinə səbəb olur.