“Adları gələndə ürəyim parçalanır” – Manaf

“Adları gələndə ürəyim parçalanır” – Manaf
1745 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Manaf Ağayev “5/5” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, sənətçi dünyasını dəyişən ata-anasından danışıb. O, valideynlərini qocalar evinə qoyanlara ismarış göndərib:

“Valideynin pisi olmur. Mən ana-atamı heç vaxt özümdən kənarda təsəvvür edə bilməzdim. Valideynlərim yoxdur, dünyalarını dəyişiblər. Amma adları gələndə ürəyim parçalanır. Deyirəm, kaş bu günümdə yanımda olardılar, başıma tac edərdim. Valideyn nə deyirsə, odur. İnsanın ana-atası gözünün qabağında olmalıdır”.