Bəstəkar Mədəniyyət Mərkəzinin açılışını edəcək

Bəstəkar Mədəniyyət Mərkəzinin açılışını edəcək
1925 dəfə oxunub
  • A-
  • A
  • A+
Tural Bayraməliyev bu yaxınlarda Yeni Azərbaycan Partiyasına üzv olub.

Bu haqda Axşam.az saytına bəstəkar özü deyib.

Yeni layihələrindən də danışan T.Bayraməliyev rəhbəri olduğu Birləşmiş Ərəb Əmirlikləri Mədəniyyəti Mərkəzinin noyabrda möhtəşəm açılış mərasimi keçirəcəyini deyib.

O, bunla bağlı bir sıra tədbir və layihənin olacağını vəd edib.

Bildirib ki, açılışın ardınca I muğam festivalına start veriləcək. Dubayda keçirilməsi nəzərdə tutulan festivalda peşəkar muğam ifaçıları çıxış edəcək. Bunun ardınca, rəsm əsərlərindən ibarət sərginin nümayişi nəzərdə tutulub.

Açılışa Azərbaycanın bir sıra ziyalısı və ictimai xadimi dəvət olunacaq. BƏƏMM-nin rəhbəri açılışın və festivalın mötəbər məkanların birində təşkil ediləcəyini bildirib. Onun sözlərinə görə, festival davamlı olacaq və müəyyən fasilələrlə bir sıra tədbir keçiriləcək.