Sabah Bakıda hava necə olacaq?

Sabah Bakıda hava necə olacaq?
2282 dəfə oxunub
  • A-
  • A
  • A+

Sabah Azərbaycan ərazisində yağmurlu hava şəraitinin olacağı proqnozlaşdırılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Axşam.az-a bildiriblər ki, oktyabrın 5-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, fasilələrlə yağış yağacağı ehtimal edilir.
 
Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 12-15, gündüz 15-20 dərəcə isti olacaq.

Oktyabr 5-də bölgələrdə də arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 15-20, dağlarda gecə 0-5, gündüz 5-9 dərəcə isti olacaq.