Tanınmış azərbaycanlı teleaparıcı Amerikaya köçüb - fotolar

Tanınmış azərbaycanlı teleaparıcı Amerikaya köçüb -  fotolar
7845 dəfə oxunub
  • A-
  • A
  • A+

Teleaparıcı Səxavət Nur bir müddətdir ki, Vaşinqtonda yaşayır.

Axşam.az xəbər verir ki, aparıcı bu barədə vesti.az saytına bildirib:

“Vaşinqtonda ingilis dilini yüksək səviyyədə öyrənirəm. Bu, mənə ali təhsil almaqda kömək edəcək. Əsl peşəm hüquqşünasdır. Hər zaman xaricdə jurnalistika sahəsində təhsil almağı arzulamışam. ABŞ səfərimdə belə bir şans qazandım. Ümid edirəm, yaxşı alınacaq. Beş aydır buradayam. Bakıya ən tez iki ildən sonra qayıtmağı planlaşdırıram. Heç kim mənə hansısa uğuru qazandığımı demirdi. Buna görə də, üzərimdə işləmək qərarına gəldim. Vətənə peşəkar, dünya səviyyəsində tanınan bir jurnalist kimi qayıdacam”.

Səxavət xaricə getmək üçün avtomobilini və evini satması xəbərlərinə də aydınlıq gətirib:

“Bura gəlmək üçün maşınımı və balaca torpaq sahəmi satdım. Çünki təhsil üçün pul lazım idi. Bakıda nə şayiələr danışırlarsa, əhəmiyyət vermirəm. Burada başa düşdüm ki, mən kimə lazımam. Yaxın dostlarımdan və ailəmdən başqa heç kim məni xatırlamır. Bura ailəmi gətirməmişəm. Onlar Bakıdadır. Oğlum məktəbdə oxuyur, həyat yoldaşım işləyir. Onları da Amerikaya gətirməyi çox istərdim. Oğlum üçün çox darıxıram. Hərdən hər şeyi atıb, qayıtmaq istəyirəm”.