Azərbaycanlı müğənni nişanlandı

Azərbaycanlı müğənni nişanlandı
11368 dəfə oxunub
  • A-
  • A
  • A+

Gənc ifaçı Mehin Hümbətova nişanlanıb.

Sənətçi bu haqda Axşam.az-ın əməkdaşı ilə söhbətində deyib:

"Ailə içində "həri" oldu, üzük taxıldı. Çox xoşbəxtəm. Nişanlım şou-biznesdən uzaq adamdır, dövlət işçisidir. Bu səbəbdən şəxsi həyatımızla bağlı xəbərlərin çox yayılmasını istəmirik. Toyun vaxtını hələ müəyyən etməmişik. Çünki psixoloji olaraq buna hazır deyiləm. Bütün subaylara xoşbəxt olmağı arzulayıram".

Qeyd edək ki, Mehin "Xalq ulduzu" yarışmasının iştirakçısı olub. O, aparıcı Günel Hümbətovanın bacısıdır.