Bu günə olan hava proqnozu

Bu günə olan hava  proqnozu
1225 dəfə oxunub
  • A-
  • A
  • A+
Bakıda və Abşeron yarımadasında oktyabrın 7-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Axşam.az-a verilən məlumata görə, şimal-qərb küləyi əsəcək və güclənəcək. Havanın temperaturu gecə və gündüz 11-16 dərəcə isti olacaq.
 
Azərbaycanın rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək. Havanın temperaturu gecə 10-14, gündüz 14-19, dağlarda gecə 1-5, gündüz 5-8 dərəcə isti olacaq.
 
Oktyabrın 7-də Abşeron rayonunda şimal-qərb küləyinin güclənməsi, atmosfer təzyiqinin yüksələcəyi gözlənilir ki, bu da əksər meteohəssas insanlarda diskomfort hissi yarada bilər.