Göyçayda maraqlı hadisə - video

Göyçayda maraqlı hadisə - video
3692 dəfə oxunub
  • A-
  • A
  • A+
Göyçayın Qızılağac kəndində qeyri-adi hadisə baş verib.

Axşam.az-ın məlumatına görə, maraqlı olay Bəşirovlar ailəsinin fərdi təsərrüfatında olan toyuqlar arasında aşkarlanıb.

Ev sahibinin sözlərinə görə, bir neçə ay əvvəl cücə çıxarılması üçün toyuğun altına yumurta qoyulub. 21 gün sonra yumurtadan çıxan cücələrdən biri hər kəsin marağına səbəb olub.
Belə ki, toyuq qeyri-adi yeriyişi və hərəkətləri ilə fərqlənib.

65 yaşlı ev sahibi uzun illərdir həyətində ev quşları saxlasa da, belə bir hadisənin heç vaxt şahidi olmadığını deyib. O bildirib ki, toyuğu satmaq, yaxud kəsmək niyyətləri yoxdur və ona xüsusi qulluq edilir.