Məşhur cütlüyün uşağı olacaq

Məşhur cütlüyün uşağı olacaq
1482 dəfə oxunub
  • A-
  • A
  • A+

Cessika Bill və Castin Timberleyk cütlüyünün övladı olacaq.

Axşam.az Rusiya mətbuatına istinadən məlumat verir ki, 32 yaşlı aktrisa ilk övladına hamilədir.

İki gün əvvəl Sidney sahilində paparatsilərin obyektivinə tuş gələn Cessika Bill hamiləliyini gizlətməyə çalışsa da, buna nail ola bilməyib.

Qeyd edək ki, Castin Timberleyk və Cessika Bill 2007-ci ildən etibarən görüşürlər.

Cütlük 2012-ci ildə İtaliyada gizli şəkildə evlənib. Bu yaxınlarda isə onların boşanma xəbəri yayılmışdı.