"Muğam qanadlarında" adlı gecədən fotolar

"Muğam qanadlarında" adlı gecədən  fotolar
1523 dəfə oxunub
  • A-
  • A
  • A+
Ötən gün Heydər Əliyev Sarayında "Muğam qanadlarında" adlı konsert keçirilib.

Axşam.az-ın məlumatına görə, sarayın təşkilatçılığı ilə keçirilən konsertdə xalq artistləri Simarə İmanova, Zabit Nəbizadə, beynəlxalq muğam musabiqələrinin  laureatları Babək Niftəliyev, Bəyimxanım Vəliyeva, Ehtiram Hüseynov, İlkin Əhmədov, Səbuhi İbayev,Aytən Məhərrəmova, Elnur Zeynalov və Gülay Qədirova iştirak ediblər.

Xanəndələrin ifasında “Mahur”, “Şüştər”, “Şahnaz”, “Segah”, “Cahargah”, “Dilkəş”, “Qatar”, “Bayatı-Şiraz”, “Şahnaz” təsnif və digər muğamlar səsləndirilib. 

Konsertə Qarabağ veteranları və beynəlxalq əlillər cəmiyyətlərinin sakinləri, onların ailə üzvləri, kimsəsiz və əlil uşaqlar dəvət olunub.