Bakıdakı bu reklam tənqid olundu - foto

Bakıdakı bu reklam tənqid olundu - foto
3668 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakıda avtobuslara vurulan “Ana olmaq sevincini bizimlə yaşayın” reklamı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Axşam.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, reklamda "Medical Plaza"da qeysəriyyə əməliyyatı üçün 1000 manat, təbii doğuş üçün isə 800 manat pul lazım olduğu qeyd olunur.

Sosial şəbəkə istifadəçiləri isə reklama görə klinikanı tənqid atəşinə tutub. Onlar “bu qiymətlərə hansı ana sevinəcək” deyə reaksiya veriblər.