“Space”in qalmaqallı verilişi bağlandı

“Space”in qalmaqallı verilişi bağlandı
2654 dəfə oxunub
  • A-
  • A
  • A+

"Space" kanalında yayımlanan, “SOY” prodakşna məxsus "Şou +" verilişinin yeni mövsümdə yayıma davam etməməsinin səbəbi məlum olub.

Axşam.az-ın məlumatına görə, qalmaqallı süjetləri ilə yadda qalan proqramın aparıcısı Tural Ozan məsələ ilə bağlı bunları deyib:

“Verilişimiz qısa müddətdə məşhurluq qazandı. Amma buna baxmayaraq, müəyyən problemlər də var idi. Proqram yaradıcı heyəti istirahətə çıxmamışdan bir ay öncə efirdə mənsiz, yəni aparıcısız yayımlandı. Rəhbərliklə danışıb qərara aldıq ki, veriliş bağlansın. Bunu özüm də istəyirdim. Hər kəs “Tural Ozanın qalmaqallı verilişi” deyə danışırdı. Mənim şəxsi reytinqim “Sou+”dan 2-3 dəfə çox idi. Düşündüm ki, daha böyük layihələr edim. Dünya səviyyəsində böyük layihələr hazırlayıram. Hansı kanalda olacağı isə hələ ki, sirr qalsın”.