“Məni qəbul edəcək birini tapa bilmirəm” - Teymur Əmrah

“Məni qəbul edəcək birini tapa bilmirəm” - Teymur Əmrah
1592 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artistlər Teymur Əmrah və Gülyaz Məmmədova “Hər şey daxil” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, T.Əmrah G.Məmmədovaya elçi düşməsi ilə bağlı sualları cavablandırıb:

“Gülünü uşaqlıqdan sevirəm. Hər zaman fəxr etmişəm ki, onun kimi bir sənət dostum var. Bu yaxınlarda isə dedim sənin də evin var, mənim də. Bir oğul anasısan, ailə quraq. Qəbul etmədi. Tək o deyil ki... Mən o qədər vasvasıyam ki, özümə uyğununu, məni qəbul edəcək birini tapa bilmirəm. Evimə gəlsəniz, bir yerdə toz görə bilməzsiniz”.

Gülyaz Məmmədova isə müğənniyə “O qədər özün haqda bunları deyirsən ki, hamı səndən uzaq qaçır”, - deyə cavab verib.

Qeyd edək ki, T.Əmrah bir müddət əvvəl efirlərdə "Gülyaz Məmmədova ilə evlənib, oğluna baxmağa hazıram" açıqlamasını vermişdi.