Ana olmağa hazırlaşan müğənnidən hamiləlik fotosessiyası

Ana olmağa hazırlaşan müğənnidən hamiləlik fotosessiyası
4383 dəfə oxunub
  • A-
  • A
  • A+
Tanınmış müğənni, “Destiny’s Child” qrupunun keçmiş üzvü Kelli Roulend “Elle” jurnalı üçün fotosessiya etdirib.
 
Axşam.az-ın məlumatına görə, ana olmağa hazırlaşan ifaçı müsahibəsində səbirsizliklə körpəsini qucağına alacağı günü gözlədiyini deyib:
 
“Doğuşa 3 həftədən də az vaxt qalıb. Həyəcanlıyam. 9 ay gözləmək, düşünürəm  ki, yalnız qadın üçün deyil, kişi üçün də önəmlidir. Qadın ürəyinin altında körpəsini gəzdirəndə artıq çəkilər barədə fikir eləmir, daim yemək istəyir”.
 
Kelli uşağı olandan sonra onunla maksimum çox vaxt keçirməyi planlaşdırır. O, analıq vəzifəsi ilə karyerası arasındakı balansı qoruyacağına əmin olduğunu söyləyib.