"...600 min manat lazım idi" - Ayan

"...600 min manat lazım idi" - Ayan
2059 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Ayan Babakişiyeva “Hələ bu harasıdır” verilişinin qonağı olub.
 
Axşam.az-ın məlumatına görə, sənətçi gözəllik yarışmasından bəhs edib. O, bir vaxtlar ölkədə keçirilən gözəllik müsabiqələrindən birinə rəhbərlik etmək istədiyini deyib:

“Gözəllik müsabiqələri ilə maraqlandım. Layihəni gerçəkləşdirmək üçün 600 min manat lazım idi. Amma məni qorxudan bu olmadı. Nə qədər də yaxşı təşkil etsəm, qalmaqalsız ötüşməyəcəyini bilirəm. İnsanlar tənqid üçün mütləq nəsə tapacaqdılar. Ona görə də, tərəddüd etdim”.