Günay və Elçinin Moskva konsertində sürpriz olacaq

Günay və Elçinin Moskva konsertində sürpriz olacaq
1643 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Günay İbrahimli ilə Elçin Cəfərovun Moskvadakı konserti ilə bağlı xəbər vermişdik.

Axşam.az-ın məlumatına görə, ifaçıların konsertində tamaşaçılara sürprizlər ediləcək. Belə ki, gecədə müxtəlif viktorinalar keçiriləcək, izləyicilərə bahalı hədiyyələr veriləcək. Ən böyük hədiyyə isə Avropaya səyahət paketidir. Bu haqda gecənin təşkilatçısı -“Azərbaycan Mədəniyyət Studiyası”nın və “Nar” prodakşnın rəhbəri Samirə Zeynalova deyib.

Konsert noyabrın 1-də “Korolevskiy zal Ostankino”da baş tutacaq. “İkisi birində” adlanan mərasimdə modelyer Zümrüd Mirzəliyevanın libasları da nümayiş olunacaq.

S.Zeynalova konsertin aparıcısının Zaur Nəbioğlu olacağını vurğulayıb:
“Bununla yanaşı, diceyin iştirakı ilə parti də keçiriləcək. Moskvada yaşayan həmyerlilərimiz möhtəşəm gecədə Azərbaycan mahnıları dinləyəcək”.

Təşkilatçı Moskvada nəzərdə tutulan konsertlərin davamlı olacağını bildirib.

Qeyd edək ki, gecənin informasiya dəstəyi Axşam.az saytıdır.