“Müğənni qız almaram, oxuyana da qız vermərəm” – Elnarə

“Müğənni qız almaram, oxuyana da qız vermərəm” – Elnarə
2054 dəfə oxunub
  • A-
  • A
  • A+

Muğam ifaçısı Elnarə Abdullayeva sənət adamlarından danışıb.

Axşam.az-ın məlumatına görə, “Düzünü desək” verilişinin qonağı olan müğənni övladını heç vaxt şou-biznes nümayəndəsi ilə evləndirməyəcəyini deyib:

“Bu, mənim öz fikrimdir. Niyəsini soruşmayın. Mən xanəndə, müğənni qız almaram, oxuyana da qız vermərəm. Bu qədər kəskin fikirdəyəm. O qədər şeylər görürəm, hallarla rastlaşıram... Özüm bu sənətə gəlməyimə peşmanam. Xasiyyətimə uyğun deyil. Mən dəli oluram ki, insan bu qədər şəxsiyyətsiz ola bilər? Kişi bir kənara, qadın necə bu cür hərəkətlərə yol verir? Cavan uşaqdır, kənarda nələr edir. Mən heç övladımı da oxumağa qoymaram. Nə bilim, o mənə oxşayacaq, ya yox”.