“Hələ bu harasıdır” verilişində nələr baş verdi? – fotolar

“Hələ bu harasıdır” verilişində nələr baş verdi? – fotolar
6835 dəfə oxunub
  • A-
  • A
  • A+

Prodüser Təranə Səmədovanın aparıcılıq etdiyi “Hələ bu harasıdır” verilişində maraqlı anlar yaşanıb.

Axşam.az-ın məlumatına görə, proqramın qonaqları arasında müğənni Ayan Babakişiyeva, təşkilatçı Cenk İçten, Aqil Məmiyev və stilist Syama yer alıb. Verilişdə modellər, gözəllik yarışmaları müzakirə edilib. C.İçten gözəllik müsabiqələrində yerlərin pulla alınmasından şikayətlənib:

“Validə Abbasovann rəhbərlik etdiyi “Best Model”də Günay Musayeva qalib oldu. Həmin ərəfədə Günay Türkiyədə idi, finala bir neçə gün qalmış gəldi və birinci oldu. Bu, düzgün deyildi. Müsabiqələrdə əsas şərt qızların plastik əməliyyat etdirməməsidir. Amma bizdə qalib olanların hamısı dodaqlarına, burunlarına müdaxilə edənlərdir. Bir yarışmanın təşkili üçün 500 min manat lazımdır”.

Qeyd edək ki, “Hələ bu harasıdır” verilişi həftənin beş günü saat 10:45-dən 12:00-a kimi “Space”də yayımlanır.