“Deyəcəklər, Mətanət tərbiyəsizdir”

“Deyəcəklər, Mətanət tərbiyəsizdir”
3579 dəfə oxunub
  • A-
  • A
  • A+

ATV-nin aparıcısı Mətanət Əliverdiyeva başına gələn maraqlı hadisədən danışıb.

Axşam.az-ın məlumatına görə, “Düzünü desək” verilişinin qonağı olan aparıcı mağazada ona qarşı tərbiyəsizlik edildiyindən şikayətlənib:

“Bu günlərdə marketə getdim. Tort alacaqdım. Piştaxtaya yaxınlaşıram, satıcı yoxdur. Deyirəm burda bir satıcı var? Qız nazlana-nazlana çıxdı. Tortu istəyirəm, üstündə yazılıb ki, istifadə müddəti neçə gün əvvəl qurtarıb. Satıcı məni aldadır ki, yox bu, dünənin tortudur. Mən hamı ilə çox mülayim davranıram. Buna da “gözəl qız” deyərək müraciət etdim. Elə tərbiyəsizlik etdi ki, özümü güclə saxladım. Söylədim mənə təzə tort göstər, “Get özün bax da” cavabını verdi. Dedim bunu vursam, deyəcəklər Mətanət tərbiyəsizdir. Tortu da başına çırpa bilmədim”.