Rəqsanə imkansız ailəni himayəsinə götürdü - foto

Rəqsanə imkansız ailəni himayəsinə götürdü - foto
4157 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Rəqsanə İsmayılova ehtiyac içində olan ana və qızını himayəsinə götürüb.

Axşam.az-ın məlumatına görə, “Öz aramızda” verilişinə gələn, qızını dünyaya gətirdikdən sonra eşitmə qabiliyyətini itirən, əri tərəfindən tərk edilən bir xanımın imdadına Rəqsanə çatıb. Övladına baxa bilmədiyi üçün onu atasına verməyə hazırlaşan xanım sürprizlə qarşılaşıb. Canlı efirə zəng edən sənətçi bunları deyib:

“Onun qızını himayəmə götürürəm. Atasına verməsin. Mən qadına da, qızına da baxacam. İki övladım var. O körpə də mənim bir qızım, anası bacım olacaq. Hər ay nə qədər ehtiyacları var ödəyəcəm, maaş verəcəm. Danışa bilmirəm, pis oluram. Mələk qızım, bu gündən Aysunun, Yağmurun bacısısan. Mən isə ikinci ananam. Bu gündən göz yaşlarını görməyim. Məktəbə gedəcəksən, ali təhsil alacaqsan. Hamıdan yüksək olacaqsan”.