Məşhur aktyor dünyasını dəyişdi

Məşhur aktyor dünyasını dəyişdi
2360 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyənin tanınmış teatr və kino aktyoru Volkan Saraçoğlu dünyasını dəyişib.
 
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Bakırköy Qocalar Evində yaşayan 60 yaşlı aktyor bu yaxınlarda səhhəti pisləşdiyindən xəstəxanaya yerləşdirilmişdi.

Ərzincanda dünyaya göz açan V.Saraçoğlu 1971-ci ildən İstanbulda “Üç Maymun Kabere” teatrında fəaliyyətə başlayıb. 2007-ci ildə öz teatrını yaradan aktyorun ölüm xəbərini həmkarı Merih Fırat sosial şəbəkədə yazıb.