Xalq artisti: “Bu barədə açıqlama verə bilmərəm”

Xalq artisti: “Bu barədə açıqlama verə bilmərəm”
3876 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Firəngiz Mütəllimova filmə çəkilir. 

Axşam.az-ın məlumatına görə, bu barədə "Teleqraf.com"-a açıqlamasında aktrisa özü deyib.

Filmin hazırlıq mərhələsində olduğunu bildirən aktrisa maraqlı bir obrazla tamaşaçıların görüşünə gələcəyini deyib:

“Azərbaycanda triller janrında çəkilən ilk film olacaq. Özəl şirkət tərəfindən istehsal olunan filmin ilk olaraq tanıtım roliki çəkilməlidir. Hava ilə əlaqədar olaraq həmin rolikin çəkilişi də gecikir. Rolum barədə isə geniş açıqlama verə bilmərəm. İnşallah, film hazır olandan sonra görəcəksiniz. Sadəcə onu deyə bilərəm ki, maraqlı roldur”. 

“Azərbaycanfilm” kinostudiyasının da çəkdiyi filmlərə dəvətlər aldığı deyən aktrisa sonuncu dəfə “Qala” filminə çəkildiyini bildirib:

“Tərəf müqabilim Rasim Balayev idi. Hətta film bir neçə festivalda nümayiş olunub”.  

Teatrdakı yeniliklərdən danışan aktrisa bu mövsüm yeni tamaşada oynayacağının müjdəsini verib:

“Bilirsiniz ki, Akademik Milli Dram Teatrı yeni mövsümü “Qarabağnamə” tamaşası ilə açdı. Ümid edirəm ki, noyabr ayında yeni tamaşa üzərində işə başlayacam”.