Tolik canlı efirdə 500 dollar bağışladı

Tolik canlı efirdə 500 dollar bağışladı
3108 dəfə oxunub
  • A-
  • A
  • A+

Prodüser Tarix Əliyev (Tolik) “Öz aramızda” verilişinə müraciət edən ana və qızına yardım edib.

Axşam.az-ın məlumatına görə, o, müğənni Rəqsanə İsmayılovanın himayəsinə götürdüyü ailəyə 500 dollar pul bağışlayıb. Tolik canlı efirə zəng edərək bunları söyləyib:

“Rəqsanə oktyabrın 13-də Bakıya qayıdacağını deyib. Amma o günə kimi bu uşağa məktəb paltarı, pul lazımdır. Mən bu dəqiqə ATV-yə gəlirəm və 500 dollar pul verirəm. Anası Rəqsanə gələnə qədər uşağına xərcləsin. Rəqsanəyə isə demək istəyirəm ki, iki balası var. Bu ailəyə, söz verdiyi kimi, kömək etsin”.